Milli Məclis yeni qaz kontraktını ratifikasiya etdi
Milli Məclisin bugünkü iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, “BP Exploration Ltd.” və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi ratifikasiya edilib.
Lent.az-ın xəbərinə görə, qanunun qüvvəyə minməsinin ardından podratçının saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər onun qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün iştirakçılara bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
Qeyd edək ki, ARDNŞ və bp şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin Əsas Prinsipləri” razılaşdırılıb və imzalanıb.
Anar

Oxşar yazılar

Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22