“EL-Plastik” MMC-yə 11,5 min manatlıq cərimə
Sumqayıt şəhəri, Sülh küçəsi, 76 ünvanında “EL-Plastik” MMC-yə məxsus istehsalat sahələrində aparılan yoxlamalar zamanı polimer torbaların istehsalında yararlılıq müddəti ötmüş boyalardan istifadə edilməsi, istifadə olunan boyaların qida ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədlərin olmaması, polimer torbaların üzərində təyinatına uyğun olaraq “Ərzaq malları üçün” və ya “Qeyri-ərzaq malları üçün” sözlərinin qeyd edilməməsi və torbaların qablaşdırıldığı taraların markalanmasının qanunvericiliyin tələblərinə uyğun aparılmaması səbəbindən “El-Plastik” MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə polietilen torba istehsalı ilə məşğul olan “El-Plastik” MMC-yə 11,5 min manat maliyyə sanksiyası tətbiq edilib.

Oxşar yazılar

Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22