Mərkəzi Bank uçot dərəcəsini 5.25 faizə qaldırdı
Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq ölkədə qiymət və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirir.
Bankın Lent.az-a verilən məlumata görə, son aylar dünya iqtisadiyyatında başlanmış canlanma prosesləri qlobal enerji daşıyıcıları və ərzaq bazarlarında qiymətlərin yüksəlməsi ilə müşayiət olunur.
Eyni zamanda dünya ölkələri və regionları arasında iqtisadi artım dinamikası və maliyyə sabitliyi göstəriciləri əhəmiyyətli fərqlənir. Bu şəraitdə davamlı artan və cəlbedici olan ölkələrə kapital axınlarının güclənməsi müşahidə olunur.
Mövcud qlobal iqtisadi situasiyada Azərbaycan iqtisadiyyatında artım prosesləri davam edir, iqtisadi aktivlik və istehsal güclərinin yüklənmə səviyyəsi artır. Ölkənin tədiyə balansının profisiti və valyuta ehtiyatları davamlı sürətdə böyüyür. Pul kütləsinin potensial artım mənbələri də genişlənir.
Bu şəraitdə inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq qalır.
Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 6 may 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 5%-dən 5.25%-ə qaldırılması barədə qərar qəbul edib.
Eyni zamanda bankların xarici valyutada olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2%-dən 3%-ə yüksəldilib.

Oxşar yazılar

Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22