“Ət süni şəkildə bahalaşdırılır”
”APA-ECONOMICS”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri (DSK) Arif Vəliyev bildirib.
Onun sözlərinə görə, inflyasiyanın olub-olmayacağı maaş və pensiyaların nə qədər artırılacağından asılıdır: “Dəqiq məbləğ bəlli olandan sonra konkret fikir söyləmək olar”.
DSK sədri qeyd edib ki, yay aylarında ölkədə ərzaq-tərəvəz mallarının ucuzlaşması gözlənilir: “Payızda isə mövsümə uyğun olaraq müəyyən bahalaşma istisna deyil. Son vaxtlar ət və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır. Çünki biz bu məhsulları özümüz istehsal edirik, idxal etmirik”.
Komitə rəhbəri aprel ayında Azərbaycanda deflyasiya qeydə alındığını vurğulayıb: “Yay aylarında adətən tikinti materialları bahalaşır. Güman edirəm ki, bu il də belə olacaq. Qışda isə tikinti azaldığından ucuzlaşma baş verir”.
A.Vəliyev deyib ki, bu il yoxsulluq səviyyəsi istehlak səbətinə görə götürülüb: “Bu məbləğ 98 manatdır. İlin axırına müəyyən qədər inflyasiya olsa, məbləğ bir qədər də artacaq”.

Oxşar yazılar

Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22