Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi məktəbin təmiri üçün 1 milyon manat ayrıldı
13 may 2011 19:50 (UTC +04:00)

Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi məktəbin təmiri üçün 1 milyon manat ayrıldı

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən və 1896-cı ildə məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün Bakı şəhərinin Xəzər rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
# 2025

Oxşar yazılar