DəmirBank yeni ünvanda və korporativ tərtibatda Qusar filialının açılışını keçirib
Filialın açılışında Qusar rayonunun ictimaiyyəti, DəmirBank-ın İdarə Heyətinin üzvləri, digər filialların və bir sıra departamentlərin rəhbərləri iştirak edib.
Qusar rayonu N.Şərifov küçəsi 105A ünvanında yerləşən “Qusar” filialı əhaliyə, sahibkarlara və təşkilatlara hesablaşma-kassa xidmətləri, müxtəlif növ istehlak və biznes kreditləri, əmanətlər, təcili pul köçürmələri, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
Filial Western Union, Contact, Bıstraya Poçta, Blizko, PrivatMoney, Zolotaya Korona və Coinstar beynəlxalq köçürmə sistemlərinə qoşulub, bu da əhaliyə 200-dək ölkə üzrə pul vəsaitini almaq və göndərmək imkanı verir. Əhali həmçinin ölkə daxilində köçürmələr üçün Bankın Şimşək köçürmə sistemindən istifadə edə bilər.
“DəmirBank filial şəbəkəsinin inkişafı işlərini davam etdirir. Ötən il “Filial ofislərinə dair Tələblər” hazırlanmışdır və bu tələblərə cavab verməyən 3 filial müştərilər üçün daha rahat və geniş ofislərə köçürülüb. Daha 3 filialın yeni ünvana köçürülməsi və 1 filialın genişləndirilməsi işləri aparılır. Yeni ofislərə köçürülən filiallar, eləcə də digər filiallar “Korporativ interyer dizayn Standartları”na uyğun təmir və tərtibat edilməkdədir. Bu işlər filiallarda müştəri məmnunluğunun artırılmasına xidmət edir” – deyə İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
DəmirBank ölkə üzrə 30 filiala malikdir ki, bunlardan 13 filial Bakıda, 17-si isə regionlarda yerləşir.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39