“Dağlar” qablaşdırılmış içməli suyunun istehsalı dayandırıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Biləcəri şosesi, Yeni Yaşayış massivində Tahir Nəbiyevə məxsus istehsalat sahəsində keçirdiyi yoxlama zamanı “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Lent.az-ın İqtisadi İnkiqaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı müəssisədə “Dağlar” adlı qablaşdırılmış saxta içməli suyun istehsal edildiyi də aşkar olunub.
Qanun pozuntuları ilə əlaqədar, “Dağlar” qablaşdırılmış içməli suyunun, “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə müvafiq reseptura olmadan istehsal edilib, eləcə də saxta cəmi 1572 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Tahir Nəbiyevə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39