Gələn aydan Bakıda İngiltərə taksiləri şütüyəcək - FOTO
19 may 2011 12:01 (UTC +04:00)

Gələn aydan Bakıda İngiltərə taksiləri şütüyəcək - FOTO

Bu ayın sonunadək Bakıya İngiltərədən 100 ədəd taksi gətiriləcək. Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, mayın sonunadək paytaxta 100 ədəd bənövşəyi rəngdə taksi gətiriləcək. Bu avtomobillər iyun ayından etibarən sərnişinlərin istifadəsinə veriləcək. İlin sonunadək isə İngiltərədən daha 800 ədəd bu tipli klassik taksi modelinin gətirilməsi planlaşdırılır.


Qeyd edək ki, “London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi kimi istifadə edilmək üçün nəzərdə tutulub və “Avro-4” standartlarına tam cavab verir. Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradan bu avtomobillərin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.


Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulan “Call Center” istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına on-line rejimində nəzarət edilir.


Nizam RZA
# 641

Oxşar yazılar