“Eurovision 2012” müsabiqəsinə 10 bilet hədiyyə olunur
“Unibank”ın sponsorluğu ilə məşhur “Pomidor-Yumurta" verilişin radiodinləyiciləri arasında təşkil olunan müsabiqədə Avropanın ən mötəbər musiqi forumuna 10 biletin sahibi təyin olunur. Artıq bu həftə ərzində 4 biletin sahibi müəyyənləşdi. DJ Fatehin aparacı olduğu bu şouda gələn həftə ərzində sualları doğru və tez cavablandıranlar arasında daha 6 mükafatçı məlum olacaq.
Bütün qaliblər Azərbaycan paytaxtında ilk dəfə 2012-ci ilin may ayında keçiriləcək “Eurovision” yarışmanı DJ Fatehlə birlikdə izləyəcəklər. “Əslində bizim üçün də bu bir sürpriz oldu”, - deyə DJ Fateh bildirdi. Aparıcının sözlərinə görə, 15 may günü axşam saat 18:00 radələrində “Unibank”dan belə bir təşəbbüs irəli sürüldü. Radiokanalın rəhbərliyi bu ideyanı müsbət qarşıladı və nəticədə artıq 16 may efirində ilk qalibə xüsusi sertifikat təqdim olundu. “Gələn il aprel ayında qaliblər “Unibank”ın baş ofisinə yaxınlaşaraq, həmin sertifikatları biletlərlə əvəz edə biləcəklər”, - deyə, o bildirdi.
Qeyd edək ki, “Unibank” cari ilin fevral ayından “Media FM”-də səhər saatlarında efirə çıxan populyar “Pomidor-Yumurta” verilişinin rəsmi sponsorudur.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39