BVF-in yeni “şef”i bəlli olur
Lent.az “dünyabulteni”nə istinadən məlumatına görə, Avropa Komissiyası və Almaniyanın ardınca, Fransa da yeni prezidentin avropalı olmasını istədiyini açıqlayıb. Bu ölkənin namizədi hazırda Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye naziri postunu tutan Kristin Lagardedir.
Lagarde Avropa Komissiyası, Almaniya, İtaliya və İsveç tərəfindən də açıq dəstək alır. İngiltərə isə yeni BVF prezidentinin ya avro bölgəsindən, ya da Asiyadan seçilməsini arzulayır.
Avropa Birliyi ölkələri 1945-ci ildən bəri əllərində olan BVF postunu itirmək istəmirlər. Namizədlər sırasında Hollandiya Mərkəzi Bankının sədri Nout Vellink, Avropa Mərkəzi Bankının sədri postundan yeni ayrılmış fransız Jan-Clod Triçet və Belçikanın maliyyə naziri Didye Reynders də var. Ancaq buna baxmayaraq, ən real namizəd fransalı Lagarde sayılır.
Kristin Lagarde kimdir?
O, 1956-cı yanvarın 1-də Parisdə doğulub. ABŞ-da oxuyub. 1981-ci ildə dünyanın ən böyük hüquq şirkətlərindən olan “Baker&McKenzie”də fəaliyyətə başlayıb. 25 il burada işlədikdən sonra 1999-cu ildə şirkətin idarə heyətinə sədr seçilib. Fransada 2005-2007-ci illərdə xarici ticarət, 2007-ci ildə az müddət kənd təsərrüfatı və balıqçılıq naziri postunu tutub. 2007-ci ildən bu yana isə İqtisadiyyat, Maliyyə və Sənaye naziri vəzifəsindədir.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39