“Nabucco” layihəsi ilə bağlı saziş iyunun 6-da imzalanacaq
Bu il iyunun 6-da Türkiyədə “Nabucco” qaz kəməri layihəsinə dair saziş imzalanacaq. APA-nın “CNN-Türk” telekanalına istinadən xəbərinə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib.
Nazir bildirib ki, sazişi OMV (Avstriya), “BOTAŞ” (Türkiyə), “Bulgargaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), “Mol Natural Gas” (Macarıstan) və RWE (Almaniya) şirkətləri imzalayacaqlar.
Onun sözlərinə görə, sazişin imzalanması üçün artıq heç bir maneə qalmayıb: “Bu saziş böyük əhəmiyyətə malikdir”.
T.Yıldız qeyd edib ki, cari il ərzində layihənin sponsorları Azərbaycan tərəfindən layihədə iştiraka dair konkret cavab almağa çalışacaqlar: “Əgər Azərbaycanın cavabı mənfi olacaqsa, o halda biz Türkmənistan, İraq və İranla təmaslara keçəcəyik. Həm bizim üçün, həm də Avropa üçün bu layihə böyük əhəmiyyət kəsb edir. Ona görə biz vaxt itirə bilmərik və “Nabucco”nun reallaşdırılması üçün bütün variantlara əl atacağıq”.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39