DəmirBank və AYİB növbəti kredit müqaviləsini imzalayıb
Beş il müddətinə imzalanan kredit müqaviləsinə əsasən tərəflər Azərbaycanda orta həcmli sahibkarlığın birgə maliyyələşdirilməsini həyata keçirə biləcəklər. Bu müqavilə üzrə AYİB hər bir layihənin 50%-dək dəyərində birbaşa maliyyələşdirməni həyata keçirir.
“DəmirBank 1998-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edir və Azərbaycanda bu nüfuzlu təşkilatdan maliyyə vəsaitlərini cəlb edən ilk banklardan biridir. DəmirBank və AYİB arasında bağlanılan bu növ razılaşma üzrə ikinci sazişdir, ümumilikdə isə tərəflər arasında müxtəlif maliyyələşdirmə növləri üzrə doqquz müqavilə bağlanılıb” - deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
DəmirBank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39