“ARDNŞ-ə məxsus ərazilərdə yeni tikilən heç bir evə sənəd verilməyəcək”
Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə qanunsuz tikinti işlərinin aparılmasına bəzi rayonların icra hakimiyyəti orqanlarının işçiləri və bələdiyyələri də rəvac verir. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, şirkət bu ərazilərdə yalnız yeni tikilən qanunsuz tikililərlə bağlı məhkəməyə müraciət edir: “Burda çoxdan tikilmiş tikililər isə sökülməyəcək: «Keşlədə 100 illərlə evlər olub. Hətta sovet dövründə orda “samastroyka” deyilən evlər olub. Biz onları və şirkətin digər ərazilərində olan köhnə evləri sökmək fikrində deyilik”.
Şirkət prezidenti bildirib ki, əlaqədar orqanların bəzi səlahiyyətli şəxsləri qanunsuz tikililərə rəvac verirlər: “Bələdiyyələr, icra hakimiyyətlərinin nümayəndələri var ki, adamlara deyirlər gedin tikin, sizə sənəd verəcəklər. Nəticədə belə ərazilərdə tikinti işləri artır. Belə olmaz axı”.
R.Abdullayev bildirib ki, bunun qarşısını almaq üçün hazırda ARDNŞ Təhlükəsizlik İdarəsinin əsas işi torpaqların qorunmasına yönəlib: “Amma hamı bilsin ki, neft torpaqlarında yeni tikilən heç bir evə sənəd verilməyəcək. Heç kim də deyə bilməz ki, o köhnə tikilidir, çünki biz 5 ildir onun çəkilişlərini aparırıq”. O ki qaldı neft ərazilərindəki torpaqlara bələdiyyələrin sənəd verməsinə, şirkət rəhbəri belə torpaq sahiblərini öz hüquqlarını bilməyə çağırıb: “Kimlər ki, bələdiyyədən sənəd alıblar, gedib onları məhkəməyə versinlər”.
ARDNŞ prezidenti mətbuatda bu barədə yazılanlara da münasibətini bildirib: “Mən heç kimin evini yıxmıram. Bu yerlərdə ev tikmək həm istehsalata, həm də orda yaşayanların özünə ziyandır. Başa düşmürlər ki, burdakı şərait onların həyatına, genofonduna ziyandır”.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39