“Visa ödəniş kartları, Ticari ekvayrinq”
Mayın 23-də Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişafına yönəldilmiş tədbirlər çərçivəsində “Visa İnt.” beynəlxalq kart təşkilatı tərəfindən “Visa ödəniş kartları, Ticari ekvayrinq” mövzusunda kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə “Visa İnt.” beynəlxalq kart təşkilatı tərəfindən MDB ölkələri üzrə regional menecer Aleksandr Kalita, Cənub-Şərqi Avropa və MDB ölkələrində məhsullar üzrə menecer Serqey Koptik və Cənub-Şərqi Avropa və MDB ölkələrində ödəniş kartlarının qəbulu şəbəkəsinin inkişafı üzrə menecer İqor Noçka iştirak ediblər.
Seminarda banklar tərəfindən emissiya olunan debet kart məhsulları, əmək haqqı kartları, təsərrüfat subyektlərində ödəniş vasitəsi kimi onlardan istifadə olunması həcminin artırılması, bu istiqamətdə mövcud beynəlxalq təcrübə haqqında geniş danışılıb. Eyni zamanda 2011-ci ilin aprel ayında Azərbaycanda ekvayrinq bazarının inkişafı sahəsində aparılan tədqiqatın nəticələri, ölkədə ticari ekvayrinqin gələcək inkişaf istiqamətləri barəsində seminar iştirakçıları məlumatlandırılıb.
Tədbir iştirakçılarına “Visa premiyum” kartları haqqında məlumat verilib və bu kartların üstünlükləri, müştərilərin tələb və ehtiyaclarına əsaslanaraq bu məhsullar üzrə effektiv satış strategiyasının əsasları haqqında müzakirələr aparılıb.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39