“Kvas”, “Tərxun” və “Düşes”in istehsalı dayandırıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Mahmud Topçu K” İstehsalat Kommersiya Firmasına (İKF) məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Düşes” və “Kvas” sərinləşdirici içkilərinin tərkibində koli-indeksin normadan çox, habelə “Düşes” və “Tərxun”" sərinləşdirici içkilərinin tərkibində quru maddənin kütlə payının və turşuluğun, “Kvas” içkisində isə quru maddənin kütlə payının normadan az olduğu müəyyən edilib.
Qanun pozuntuları ilə əlaqədar, “Kvas”, “Tərxun” və “Düşes” sərinləşdirici içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də normativ sənədlərin tələblərinə cavab verməyən 8579 litr sərinləşdirici içkilərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Mahmud Topçu K” İKF-yə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39