Təhsil xərcləri 61,3 milyon manat artırılacaq
Bu il Azərbaycanda dövlət büdcəsindən təhsil xərcləri üçün ayrılan vəsait 61,3 milyon manat (4,6%) artırılaraq 1,4 milyard manata çatdırılacaq. Lent.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2011-ci dövlət büdcəsi haqqında” qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərdə qeyd olunur ki, 2011-ci ildə təhsil sahəsində əməkhaqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 58 milyon manat, mühafizə, kommunal, kommunikasiya və digər xidmətlər üzrə yeni tariflərin tətbiqi ilə bağlı xərclər 3,3 milyon manat, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı xərclər isə 7,6 milyon manatadək artırılacaq. Qeyd edək ki, qanun layihəsi sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Mübariz Aslanov

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45