“LUKoil” Azərbaycandakı daha bir layihədən çıxıb
“APA-ECONOMICS”in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Xatırladaq ki, “LUKoil” şirkəti “AzEurotel” BM-də 49% paya malik olub.
İ.Məmmədovun sözlərinə görə, “LUKoil” şirkəti rəsmi surətdə Azərbaycanın dövlət orqanlarına müraciət edərək müəssisədəki iştirak payından imtina etdiyini bildirib. Nəticədə, müəssisənin digər təsisçisi olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi müəssisəni tam dəyərdə öz balansına keçirib.
Nazir müavininin sözlərinə görə, qarşı tərəfin payının alınması üçün vəsait ödənilməyib: “Alqı-satqı olmayıb, sadəcə “LUKoil” öz payından imtina edib”. Bununla yanaşı, İ.Məmmədovun sözlərinə görə, “AzEurotel”in fəaliyyəti gəlirli olmayıb və müəssisənin birləşmədən əvvəl borcları olub.

Oxşar yazılar

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45