DəmirBank-ın VISA plastik kart sahibləri HP noutbukları qazana bilər
08 iyun 2011 14:07 (UTC +04:00)

DəmirBank-ın VISA plastik kart sahibləri HP noutbukları qazana bilər

DəmirBank VISA plastik kart sahibləri arasında yeni uduş kampaniyasına başlayıb. Şərtlərə əsasən DəmirBank-ın müştəriləri, VISA kartları ilə xaricdə hər-hansı əməliyyat edərkən, uduş kampaniyasının iştirakçısına çevrilir.

Kampaniyanın uduşları ümumi 12 ədəd olmaqla, 6 ədəd HP Pavillion noutbukları və 6 ədəd HP Vivienne Tam mininoutlarından ibarətdir. Noutbuklar və mininoutlar HP şirkətinin tərəfdaşı 2DO Computers mağazasının 1 illik zəmanəti ilə təqdim olunur.

Kampaniya 31 avqust 2011-ci il tarixinədək davam edəcək. Həyata keçirilən hər əməliyyat, bir şansa bərabərdir. Hər növbəti ayın 15-i tarixində 4 qalib müştəri müəyyən ediləcəkdir. Misal üçün, iyun ayında VISA kartı ilə xaricdə əməliyyat edən DəmirBank-ın müştəriləri 15 iyul tarixində, iyul ayında əməliyyat edənlər 15 avqust, və avqust ayında əməliyyat edənlər 15 sentyabr tarixində lotereyada qalib ola bilərlər.

Qaliblər müxtəlif təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrindən təşkil olunmuş 5 nəfərdən ibarət Münsiflər Heyətinin iştirakı ilə müəyyən ediləcək. Qeyd edək ki, İnternet və Card-to-Card əməliyyatları kampaniyada iştirak etmir.

DəmirBank-ın VISA plastik kartını əldə etmək üçün Bankın filiallarına müraciət etmək və ya http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.

DəmirBank hazırda “5 manata kart” və “Pulsuz kart” kampaniyalarını keçirir. “5 manata kart” kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri VISA kartlarını tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.
# 553

Oxşar yazılar