Ən çox kredit ev təsərrüfatlarına verilib
2011-ci il may ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8 milyard 639,6 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Lent.az-a verilən məlumata görə, kreditlərin 32,8%-i və ya 2 milyard 833,0 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 350,9 milyon manat (27,2%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 455,1 milyon manatı (5,3%), sənaye və istehsalın payına isə 493,5 milyon manatı (5,7%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 295,3 milyon manatı və ya 3,4%-i, kənd təsərrüfatı və emalına 432,0 milyon manatı və ya 5,0%-i, inşaat və əmlak sahəsinə 667,3 milyon manat (7,7%), digər sahələrə isə 41,1 milyon manatı və ya 0,5%-i yönəldilib.
2011-ci il mayın 1-nə kreditlərin 2 milyard 822,7 milyon manatı (32,7%) qısamüddətli, 5 milyard 816,9 milyon manatı (67,3%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 071,5 milyon manat (35,6%), özəl banklar tərəfindən 5 milyard 349,0 milyon manat (61,9%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 219,1 milyon manat (2,5%) kredit qoyulub.
Kreditlərin 5 milyard 248,7 milyon manatı və ya 60,8%-i manatla, 3 milyard 390,9 milyon manatı və ya 39,2%-i xarici valyuta ilə verilib. Kredit qoyuluşlarının 553,2 milyon manatı (6,4%) vaxtı keçmiş kreditlərin payına düşüb.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18