18 min nəfərin pensiyası əksik ödənilib - RƏSMİ
21 yanvar 2022 12:38 (UTC +04:00)

18 min nəfərin pensiyası əksik ödənilib - RƏSMİ

“Ötən il təxminən 18 min nəfərin pensiyasında əksik ödəmələr aşkarlanıb”.

Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov “Sosial saat”da deyib. O bildirib ki, bu məbləğ aylıq 500 min manatdan çox, illik 6 milyon manata yaxın məbləğdir: “Bundan başqa, 2021-ci ildə keçmiş rayon şöbələri tərəfindən təyin olunmuş 20 mindən artıq pensiya işi invertarlaşdırılıb. Burada bir çox məsələlərə aydınlıq gəlib. Vətəndaşlarda artıq ödəmələr aşkarlanıb. Aşkarlandıqdan sonra vətəndaşa yazılı şəkildə bildiririk. Bundan sonra pensiya məbləğindən müəyyən faizlə tutulma rəsmiləşdirilir”.

# 2265
avatar

Oxşar yazılar