Bakı–Tbilisi–Bakı  sərnişin qatarlarının hərəkət cədvəli açıqlandı
19 may 2026 22:17 (UTC +04:00)

Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlandı

0

“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli müəyyənləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq.

Tbilisidən isə qatar saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1126

Oxşar yazılar