Gömrük Komitəsinin sədri vəzifəsinin icrası ona həvalə edilib -FOTO
18 iyul 2022 14:45 (UTC +04:00)

Gömrük Komitəsinin sədri vəzifəsinin icrası ona həvalə edilib -FOTO

Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

# 3666
avatar

Oxşar yazılar