® Kapital Bank ahıllar üçün bilik yarışı təşkil etdi
30 sentyabr 2022 10:40 (UTC +04:00)

®Kapital Bank ahıllar üçün bilik yarışı təşkil etdi

Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində növbəti sosial layihəni həyata keçiririb.

Lent.az xəbər verir ki, “YAŞA” Mərkəzinin üzvləri komandalar şəklində ənənəvi intellektual oyunda biliklərini sınayıblar. Yarışma məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçirilib.

Yarışmada hər komandada 6 nəfər olmaqla 10 komanda mübarizə aparırdı. “Turan” intellektual klubunun təsisçisi Vüqar Zeynalovun aparıcılığı ilə keçən yarışmada həm məntiq, həm də bilik tələb edən suallar verilirdi. Gərgin keçən mübarizə zamanı “Sərvət” komandası birinci yerə, “Çinar” komandası ikinci yerə, “Uğur” komandası isə üçüncü yerə layiq görüldü. 

Mükafatlandırma mərasimində Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov iştirak edirdi. Birinci yerin qalibinə xüsusi hazırlanan kubok təqdim edildi. Eyni zamanda ilk 3 yerə çıxan komandalara pul mükafatları verildi. Tədbirdə çıxış edən “Üçüncü Bahar” Birliyinin İdarə Heyətinin sədri Leyla Ağayeva komanda üzvlərinə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və uğurlar arzuladı. 

Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018  nömrələrinə və ya https://www.facebook.com/uchuncubahar, https://www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdtBirbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

# 876
avatar

Oxşar yazılar

Dünyanın ən çox  qızıl ehtiyatı   olan ölkələri - SİYAHI

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI

6 dekabr 2022 , 19:12
Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

6 dekabr 2022 , 17:13
"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

6 dekabr 2022 , 12:08
Veteranların müraciətinə "Azəriqaz"dan  REAKSİYA

Veteranların müraciətinə "Azəriqaz"dan REAKSİYA

6 dekabr 2022 , 11:30
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu  keçirib

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu keçirib

5 dekabr 2022 , 16:31
Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

4 dekabr 2022 , 17:47
Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57