3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB  -FOTO
08 dekabr 2022 01:46 (UTC +04:00)

3 uşaqlı qadın övladlarının gözü önündə öldürüldü - YENİLƏNİB -FOTO

Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mübahisələri olub.

Bunu APA-nın əməkdaşına mərhumun atası Elman Orucov deyib. Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl bu söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə baş verib.

Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.  
 

***

16.29

Şəmkirdə qətl hadisəsi olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 33 yaşlı Aynurə Orucovanın öldürülməsi barədə ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 39 yaşlı Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

# 6936
avatar

Oxşar yazılar

Tapılan odlu silah

Bakının mərkəzində silahla tutuldu - FOTO

31 yanvar 2023 , 13:47
Hökməlidə ƏMƏLİYYAT:  5 nəfər tutuldu - VİDEO

Hökməlidə ƏMƏLİYYAT: 5 nəfər tutuldu - VİDEO

31 yanvar 2023 , 12:05
Daha bir şəhərdə narkotik satanlar  tutuldu

Daha bir şəhərdə narkotik satanlar tutuldu

31 yanvar 2023 , 11:27
Axtarışda olan 138 nəfər  saxlanıldı, ölənlər var

Axtarışda olan 138 nəfər saxlanıldı, ölənlər var

31 yanvar 2023 , 10:26
Əmilər qızı istismar etdi, atası anasını öldürdü

Əmilər qızı istismar etdi, atası anasını öldürdü

31 yanvar 2023 , 10:04
Dənizdə XÜSUSİ ƏMƏLİYYAT:  4,5 ton   narkotik tutuldu -  VİDEO

Dənizdə XÜSUSİ ƏMƏLİYYAT: 4,5 ton narkotik tutuldu - VİDEO

29 yanvar 2023 , 16:11
86 yaşlı kişi arvadını və oğlanlarını  GÜLLƏLƏDİ - FOTO

86 yaşlı kişi arvadını və oğlanlarını GÜLLƏLƏDİ - FOTO

28 yanvar 2023 , 19:32
Rayonda silahlı şəxs saxlanıldı

Rayonda silahlı şəxs saxlanıldı

28 yanvar 2023 , 18:33