Azad olunacağı gün qaçmışdı, saxlanıldı
22 sentyabr 2023 10:19 (UTC +04:00)

Azad olunacağı gün qaçmışdı, saxlanıldı

İrkutskda cəzaçəkmə müəssisəsini azadlığa buraxılması ərəfəsində tərk edən miqrant saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qaçan Tacikistan vətəndaşı Kamoljon Kalonov
sentyabrın 22-də İrkutsk şəhərinin Leninski rayonunda saxlanılıb. Məlumata görə, o, sentyabrın 18-də azadlığa çıxacağını bilərək, gecə yarısı saat 4 radələrində İK-19 koloniyasından qaçıb.

Faktla bağlı araşdırma aparılıb. Məhkum sonradan Tacikistana deportasiya olunmaq üçün Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Miqrasiya İdarəsinin əməkdaşlarına təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621
avatar

Oxşar yazılar