Bakıda iki nəfəri güllələyən   tutuldu - RƏSMİ
10 mart 2023 15:30 (UTC +04:00)

Bakıda iki nəfəri güllələyən tutuldu - RƏSMİ

Bakının Nəsimi rayonunda silahlı insident törədən şəxs saxlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, bir neçə dəqiqə əvvəl Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident baş verib. Nəticədə 2 nəfər, 21 yaşlı Fəqan Rəhimli və 40 yaşlı Tamerlan Hüseynov yaralanıblar. Onların hər ikisi Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

# 6423
avatar

Oxşar yazılar