Bakıda kişi keçmiş arvadını bıçaqladı
02 fevral 2023 16:43 (UTC +04:00)

Bakıda kişi keçmiş arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 2-də saat 9 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 48 yaşlı qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs – qadının keçmiş həyat yoldaşı 51 yaşlı Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2652
avatar

Oxşar yazılar