Bakıda ŞOK İDDİA:   Taksi sürücüsü 16 yaşlı oğlana seksual təzyiq etdi -  YENİLƏNİB
21 oktyabr 2026 18:56 (UTC +04:00)

Bakıda ŞOK İDDİA: Taksi sürücüsü 16 yaşlı oğlana seksual təzyiq etdi - YENİLƏNİB

0

Bakıda yetkinlik yaşına çatmayan şəxsə qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb.

Lent.az-ın əldə etdiyimiz məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

***

18:14

Bakıda 16 yaşlı məktəbli oğlan manatlıq taksidə sürücünün seksual xarakterli təzyiqinə məruz qaldığını bildirib.

Lent.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 20-də saat 21 radələrində baş verib.

Belə ki, 11-ci sinif şagirdi dərsdən qayıdarkən metronun "Koroğlu" stansiyasından Buzovna qəsəbəsinin "Albalılıq" massivinə gedən manatlıq taksiyə minib.

İddia olunur ki, avtomobildə tək qaldığı zaman sürücü onunla əxlaqsız söhbətlər edib və seksual xarakterli fiziki təzyiq göstərib.

Əldə etdiyimiz məlumata görə, hadisə polis tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar