Bu il 170 cinayətkar qrup zərərsizləşdirilib
14 aprel 2023 17:46 (UTC +04:00)

Bu il 170 cinayətkar qrup zərərsizləşdirilib

Yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2023-cü ilin birinci rübünə həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

# 1701
avatar

Oxşar yazılar