Daha bir şəhərdə narkotik satanlar  tutuldu
31 yanvar 2023 11:27 (UTC +04:00)

Daha bir şəhərdə narkotik satanlar tutuldu

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 qramdan artıq, yaşadığı evdən 520 qram marixuana aşkar edilərək götürülüb.

Bundan əlavə, eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı A.Hüseynov da saxlanılıb. Həmin şəxsdən 3 qrama yaxın, yaşadığı evdən isə 200 qramdan artıq marixuana aşkarlanıb.

Faktlarla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 2328
avatar

Oxşar yazılar