Qoca Səmədov
16 yanvar 2026 15:20 (UTC +04:00)

Qoca Səmədov

Keçmiş icra başçısının oğlu adam güllələdi

3

Yanvarın 16-da Yevlaxda silahlı insident baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.

Z.Səmədov saxlanılıb. 

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun oğludur.

Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. 2023-cü ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. 2023-cü ilin dekabrında isə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 770

Oxşar yazılar