"Kubinka"da ƏMƏLİYYAT:  həbs edilənlər var - VİDEO
25 avqust 2022 13:30 (UTC +04:00)

"Kubinka"da ƏMƏLİYYAT: həbs edilənlər var - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Yasamal rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

"Kubinka"da 8 narkotacir tutuldu

# 3762
avatar

Mehman Nəbiyev

Oxşar yazılar