Qaxda gənclər arasında QAN DÜŞDÜ:  saxlanılan var
24 mart 2023 10:32 (UTC +04:00)

Qaxda gənclər arasında QAN DÜŞDÜ: saxlanılan var

Qaxda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə dünən saat 18 radələrində Qax rayonunun Şotavar kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri, 22 yaşlı Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

# 5976
avatar

Mehman Nəbiyev

Oxşar yazılar