"Rusiyalı ekspert rəy verib ki, meyit beş dəqiqəyə o vəziyyətə düşə bilməz" - “NƏRMİN İŞİ”
06 oktyabr 2022 16:55 (UTC +04:00)

"Rusiyalı ekspert rəy verib ki, meyit beş dəqiqəyə o vəziyyətə düşə bilməz" - “NƏRMİN İŞİ”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi keçirilir.Şəxsi həyata aid məsələlər müzakirə olunduğuna, iş materiallarında bu haqda sənədlər araşdırıldığına görə budəfəki proses qapalı keçirilib.

Məhkəmədə ittiham olunan şəxsin telefonu ilə bağlı ekspert rəyi tədqiq olunub.

Həmin rəydə göstərilib ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmlərinə və porno görüntülərə baxılıb.

Müdafiə tərəfi isə İlkin Süleymanovun telefonuna müdaxilə edildiyini, sübut yaratmaq üçün müxtəlif internet saytlarına baxıldığını deyib.

Daha sonra vəkillər vəsatət qaldıraraq 2020-ci il yanvarın 6-da axşam saat 20.00 radələrindən sonra İlkin Süleymanovun telefonunun harada olduğunu müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilməsini, hansı anten dairəsinin əhatəsində olduğu araşdırılmasını istəyiblər.

Məhkəmədə İlkin Süleymanovun işi ilə bağlı Moskvadan alınmış ekspert rəyinin iş materiallarında olmadığı məlum olub. Vəkillər həmin rəyin işə əlavə olunması haqda protokol qəbul olunduğunu məhkəmənin diqqətinə çatdırıblar: “Məşhur rusiyalı ekspert Panov bu hadisə ilə bağlı rəy verib. O rəylə işin halları arasında ziddiyyət var. Məsələn, ekspert rəyi var ki, meyit 5 dəqiqə ərzində yanıb o vəziyyətə düşüb. Rusiyalı ekspert isə rəy verib ki, meyitin o vəziyyətə düşməsi üçün 1-2 saat vaxt lazım idi".

Prosesə sədrlik edən hakim Dadaş İmanov sözügedən rəyin iş materiallarına əlavə olunmaması ilə bağlı məsələnin araşdırılacağını deyib.

Proses oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

# 3288
avatar

Oxşar yazılar

Şağan İdman Olimpiya Kompleksində QƏTL:   yarışçı söyüşə görə...  - YENİLƏNİB

Şağan İdman Olimpiya Kompleksində QƏTL: yarışçı söyüşə görə... - YENİLƏNİB

26 noyabr 2022 , 19:45
Bakı metrosunda "cibgir" saxlanıldı

Bakı metrosunda "cibgir" saxlanıldı

26 noyabr 2022 , 14:41
Gəncədə keçmiş məhkum adam bıçaqladı

Gəncədə keçmiş məhkum adam bıçaqladı

26 noyabr 2022 , 12:39
Tapılan avtomat

Mingəçevirdə avtomat satan tutuldu - FOTO

26 noyabr 2022 , 09:25
Məktəbli dönərçini bıçaqladı

Məktəbli dönərçini bıçaqladı

25 noyabr 2022 , 18:47
Bakıda arvadı ilə dalaşan kişi 2 yaşlı oğlunu bıçaqladı

Bakıda arvadı ilə dalaşan kişi 2 yaşlı oğlunu bıçaqladı

25 noyabr 2022 , 17:05
Bakının bu rayonunda KÜTLƏVİ HƏBSLƏR:  61 nəfər... - VİDEO

Bakının bu rayonunda KÜTLƏVİ HƏBSLƏR: 61 nəfər... - VİDEO

25 noyabr 2022 , 14:38
Bakıda gənc qızı kirayədə qaldığı evdə zorladılar - ŞOK

Bakıda gənc qızı kirayədə qaldığı evdə zorladılar - ŞOK

25 noyabr 2022 , 12:44