Şağan İdman Olimpiya Kompleksində QƏTL:   yarışçı söyüşə görə...  - YENİLƏNİB
26 noyabr 2022 19:45 (UTC +04:00)

Şağan İdman Olimpiya Kompleksində QƏTL: yarışçı söyüşə görə... - YENİLƏNİB

Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Lent.az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

"Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, - məlumatda deyilir.

***
Saat: 17:51

Bakıda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 26-da saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla 20 yaşlı, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, faktla bağlı Xəzər rayon Prokurorluğunda CinayətMəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, hadisə Şağan qəsəbəsində yerləşən İdman Olimpiya Kompleksində baş verib. Qətl söyüş üstündə olub. Hadisəni törədən Ruslan arenaya yarışa gəlibmiş. O, cüdo üzrə dünya ikincisidir.

# 17409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar