Uşaqlarının yanında arvadını öldürüb, evi yandırdı
10 mart 2023 15:48 (UTC +04:00)

Uşaqlarının yanında arvadını öldürüb, evi yandırdı

Türkiyədə ər arvadını qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Batman vilayətində Çamlıtepe məhəlləsindəki avtobus dayanacağında qeydə alınıb. Murat Atılqan boşanma ərəfəsində olan arvadı Tuba Atılqanı güllələyərək öldürüb. Hadisə zamanı qadının 2 uşağı da yanında olub. Hadisəni törətdikdən sonra kişi evini də yandırıb.

M. Atılqan saxlanılaraq, istintaqa təhvil verilib. O, ifadəsində bildirib ki, hadisəyə səbəb boşanma zamanı uşaqların kimdə qalması ilə bağlı olub.

# 4251
avatar

Oxşar yazılar