Dima Bilan: “Birincilik uğrunda mübarizə Azərbaycanla Fransa arasında olacaq”
Ötənilki “Eurovision-2008” mahnı müsabiqəsinin qalibi builki müsabiqədə ən böyük rəqiblərin Azərbaycan və Fransa olduğu qənaətindədir. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, rusiyalı meqastar ikinci yarımfinalın birinci yarımfinaldan daha güclü olduğunu deyib: “Hafizəmdə qalan ifaçı yunan Sakis Ruvas olub. Düşünürəm ki, onun ilk üçlüyə daxil olmaq imkanları daha genişdir. Norveç də bu il ilk sıralardadır. Lakin əsl mübarizə Azərbaycan və Fransa arasında olacaq”.
Bilan, heç nəyə baxmayaraq, ölkəsi Rusiyanı sona qədər dəstəkləyəcəyini deyib: “Mənə elə gəlir ki, Prixodko çox yaxşı ifaçıdır. Ona rəqib yalnız Patrisia Kaas ola bilər. Səs verməyə gəlincə, Britaniyalı Ceydə səs verəcəm, onunla tanışıq, dostumdur”.
Lalə Yusifqızı

Oxşar yazılar

Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20
Jaklin Kennedi özünü paparassilərdən necə qoruyub?
7 may 2025 , 17:14Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28