Eldar Mansurov: “Aysel özünü itirdi, Araş isə sərbəst oxudu”
Bəstəkar təmsilçilərimizin çıxışını qiymətləndirib
Bəstəkar Eldar Mansurov “Eurovision-2009”-dakı təmsilçilərimizin çıxışına yüksək xal verməsə də, ümumilikdə yaxşı çıxış kimi qiymətləndirir. Bu barədə o, Lent.az-a açıqlamasında deyib: “Yaxşı çıxışdı. Açığı, peşəkar musiqiçi kimi razı qalmadım. Ümimilikdə qiymətləndirsək, çox zəif müsabiqə idi. Bizim ifaçıların şou-proqramı çox qısadı. Musiqi tərəfdən də çox zəifdir. Ötənilki iştirakçılarımızı da görmüşəm...”
Bəstəkar Norveçi təmsil edən iştirakçını çox bəyənib: “ Norveçdən gələn oğlan xoşuma gəlib. Mən sovet dövründə “Eurovisiona” çox baxırdım. İndi belə müsabiqələrin azarkeşi deyiləm. Sadəcə olaraq əvvəllər maraq var idi, indi marağım sonüb”.
E.Mansurov Aysel və Araşın ifasına şərh verib: “Aysel özünü çox itirmişdi, Araş daha sərbəst idi”.
Mansurovun fikrincə, müsabiqədə nə mahnı, nə də SMS rol oynayır: “Gəlin, real baxaq. Bu müsabiqədə Azərbaycana SMS də rol oynamır. Dövlətlər öz aralarında danışıb razılaşırlar ki, müsabiqə harada olsun”.
Lalə Yusifqızı

Oxşar yazılar

Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20
Jaklin Kennedi özünü paparassilərdən necə qoruyub?
7 may 2025 , 17:14Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28