Flora Kərimova Sərxan Kərəmoğluna qalib gəldi
16 may 2009 12:00 (UTC +04:00)

Flora Kərimova Sərxan Kərəmoğluna qalib gəldi

Gəncə şəhər Kəpəz rayon Məhkəməsində Xalq artisti Flora Kərimova Sərxan Kərəmoğluya qarşı qaldırdığı iddia üzrə keçirilən proses Sərxan Kərəmoğlunun 500 manat cərimə olunması və xalq artisti Flora Kərimovadan üzr istəməsi barədə qərarla başa çatıb. Bu barədə xalq aristi Flora Kərimova Lent.az-a xəbər verib. Hakim Salman Babayevin sədrlik etdiyi məhkəmənin qərarına əsasən xalq artisti Flora Kərimova tərəfindən tərtib ediləcək mətnlə Sərxan Kərəmoğlunun onu təhqir etdiyi "Biz+" jurnalında təkzib kimi dərc olunacaq.

Qeyd edək ki, S.Kərəmoğlu adıçəkilən jurnala müsahibəsində xalq artisti F.Kərimovanın ünvanına təhqiramiz ifadələr işlədib.

Kərimova deyib ki, S.Kərəmoğlunun Lent.az-a müsahibəsində öz ünvanına söylədiyi təhqiramiz fikirlərə görə cinayət işi qaldırılması perspektivini nəzərdən keçirmək fikrindədir.

Lalə Yusifqızı
# 836

Oxşar yazılar