Afət bu dəfə Şəbnəmə SATAŞDI:  "Quyruq yedirdir"
29 sentyabr 2022 15:39 (UTC +04:00)

Afət bu dəfə Şəbnəmə SATAŞDI: "Quyruq yedirdir"

Müğənni Afət Fərmanqızı növbəti  paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, bu dəfə həmkarı Şəbnəm Tovuzlu ilə video paylaşıb. 

Afət "Instagram" hesabında paylaşdığı videoda "Xoşbəxt xanım tapacağıq. Ərindən yumruq yeyən yox a, Şəbnəm kimi, quyruq yeyən xanım var burada?" - deyir. 

O, paylaşımın altına isə "Şəbnəm deyir ki, Hacı ancaq quyruq yedirdir, yumruq yedirtmir. Allah xalqımıza ancaq toy qismət etsin", - qeydini yazıb. 

Xatırladaq ki, Xalq artisti Flora Kərimova Afət Fərmanqızını bu ilin mart ayında məhkəməyə verib. Ancaq Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Afət Fərmanqızı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edilir.

Afət bu dəfə Şəbnəmə səhnədə SATAŞDI

# 4719
avatar

Nigar Namiq

Oxşar yazılar