Stiv Restivo
27 noyabr 2021 19:52 (UTC +04:00)

Stiv Restivo

"Gözəlçə" filminin aktyoru koronavirusdan öldü - FOTO

81 yaşlı Stiv Restivo dünyasını dəyişib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məşhur amerikalı aktyor, prodüser və restoran sahibi təhlükəli xəstəliyə qalib gələ bilməyib.

Məşhurun xəstəxanada ölümü koronavirus infeksiyasının yaratdığı fəsadlar nəticəsində baş verib. 

Bundan əlavə, Stiv uzun müddətdir xərçənglə gərgin mübarizə aparır - ona ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.

Mərhumun oğlu atasının noyabrın 5-də dünyasını dəyişdiyini, ancaq indi ailənin bu barədə ictimaiyyətə danışmaq qərarına gəldiyini deyib. Qohumların dəstək və rəğbət ifadələrinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Stiv 1940-cı ildə İtaliyada anadan olub. O, bir çox kasetlərdə və televiziya şoularında, o cümlədən “Necə şahzadə olmaq olar”, “Frank və Conni” və “Çimərlikdə” filmlərində rol alıb. Henri Marşallın Culiya Robertslə birlikdə çəkildiyi məşhur "Gözəlçə" filmində aktyor “italyan iş adamı” rolunu oynayıb. 
 

# 3564
avatar

Oxşar yazılar