Ebru Yaşar
15 sentyabr 2021 12:45 (UTC +04:00)

Ebru Yaşar

Məşhur müğənni geyimləri üçün ayrı ev aldı - FOTO

Türkiyənin məşhur müğənnisi Ebru Yaşar mükafatları və geyimləri üçün ayrı ev alıb.

Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, ötən gün bir mükafat mərasimində mətbuat nümayəndələri ilə görüşən Ebru Yaşar açıqlaması ilə diqqət çəkib.

"O qədər lövhə və mükafat var ki... Hamısını evimdə saxlaya bilmirəm. Səhnə geyimlərimin və mükafatlarımın xüsusi vitrinlərdə olduğu bir ev hazırlayıram. Xatirələrimi saxlamaq istəyirəm və bizə verilən mükafatlar sandıqda olmamalıdır. Ona görə də yeni ev aldım. Bura “Xatirə evi” adını vermişəm".

Ebru Yaşar

# 14202
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar