Tanınmış türkiyəli müğənni Linet ərə getməyə hazırlaşdığı fransız sevgilisinin evli olduğunu öyrənib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı sevgilisi Laurent Zalmonoviçlə martın 5-də Fransada ediləcək toya hazırlaşarkən pis sürprizlə qarşılaşıb.
Zalmonoviçin ailəli olduğunu və arvadı ilə Fransada yaşadığını öyrənən Linet münasibətinə son qoyduğunu deyib:
"Mənə 6 il əvvəl boşandığını demişdi. 1,5 ildir birlikdəydik və evlənməyə hazırlaşırdıq. Yaxşı ola bilməyim mümkün deyil".
Sevgilisi 41 yaşı tamam olan Linetə ad günü hədiyyəsi olaraq 400 min avroluq avtomobil almışdı.
Ərə getməyə hazırlaşdığı sevgilisi evli imiş
0
0
0
0