Azərbaycana məxsus helikopterdə faciə - YAXIN TARİX
25 fevral 2024 08:55 (UTC +04:00)

Azərbaycana məxsus helikopterdə faciə - YAXIN TARİX

Sovet Azərbaycanında insan ölümü ilə nəticələnən çox sayda aviaqəza baş verib. Lent.az arxiv materialları əsasında bunlardan biri barədə məlumat təqdim edir.

Tarix: 13 iyun 1974
Azərbaycan SSR-in Zabratda dislokasiya olunmuş 109-cu aviadəstəsinin heyəti Mi-8 helikopterinə yanacaq doldurmaq üçün saat 07.00-da Surqutdan Neftetuqanska uçur. Məqsəd “Uralelektrosetstroy”un mexaniki dəstəsinə texniki kömək idi. Eniş saat 07.13-də həyata keçirilir.
Yanacaq doldurduqdan sonra pilotlar sifarişi icra etməyə başlayırlar. Təyyarə 13 böyük sərnişinlə yanaşı 3 körpə də götürülür. Helikopter Köhnə Surquta enməli idi. Bütün sərnişinlərin biletləri vardı. Uçuş üçün hava şəraiti ideal idi.

Uçuşa icazə alan heyət 20 metr yüksəklikdə ikən mühərrik hissəsində taqqıltı eşidir. Rabitə sıradan çıxır. Bortmexanik yük bölməsində alov, mühərrik hissəsində isə qatı tüstü görür. Komandir dərhal enməyə qərar versə də, mümkün olmur, birbaşa eniş yerdə gözləyən onlarla insanı öldürə bilərdi.  Pilot maşını sola 30 metr çəkməyə nail olsa da, salonu qəflətən tüstü bürüyür və heç nə görünmür. Pilot başını pəncərədən çıxararaq yeri görməyə şalışır eyni vaxta sola əyilən maşını düzəltmək istəsə də, alınmır. Sol tərəfi üstə uçuş zolağına çırpılan helikopter alışır. Heyət üzvləri pəncərədən çıxaraq sərnişinləri xilas etməyə çalışırlar. Lakin şüşəni qıraraq yalnız 1 qadını və qucağındakı körpəni qurtarmaq mümkün olur. Alovun şiddətindən vertolyota yaxın getmək mümkün olmur. 3 heyət üzvü, ana və körpəni yaxınlıqdakı adamlar xəstəxanaya çatdırır. 16 sərnişindən 14-ü yanaraq can verir. Qəzada heyətin bütün üzvləri və 2 sərnişin daxil 5 nəfər xilas olur.

Şahidlərin ifadələrinə görə, helikopter yerdən ayrılarkən turbinlərdən alov çıxırmış. Bundan başqa, bir neçə detal qoparaq böyük sürətlə kənara atılıb. Enmək istəyən helikopter 300 metr gedərək yerə çırpılıb və alışıb.

Qəzaya səbəb kimi 1969-cu il istehsalı olan helikopterin turbinində dişli çarxların qırılması nəticəsində mühərriklə reduktor arasında əlaqənin itməsi göstərilir. Bu nasazlığa sovet aviasiyası tarixində ilk dəfə rast gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7161
avatar

Oxşar yazılar