Uçurum üzərində otel:   Nəfəs kəsən mənzərələr... - FOTO
11 avqust 2022 19:58 (UTC +04:00)

Uçurum üzərində otel: Nəfəs kəsən mənzərələr... - FOTO

“Skylodge Adventure Suites” Perunun Urubamba şəhərindən avtomobillə 20 dəqiqəlik məsafədə yerləşən, dünyanın ən unikal otellərindən biridir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hər turistin qalmağa cəsarət etmədiyi otel 120 metr hündürlükdə uçrumun üstündə qayalara bərkidilib.

Şəffaf şüşələrdən hazırlanmış otel üç hissədən ibarətdir. Otel cəmi 8 qonaq üçün nəzərdə tutulub. Yay tətili zamanı bura gələnlər bir ay əvvəldən otaq sifariş edir. 

Alüminium və polikarbonatdan hazırlanmış kapsulun içərisində çarpayı, lampa və vanna otağı var. Üst mərtəbədə açıq səhər yeməyi üçün kiçik bir teras mövcuddur. 

Nəfəs kəsən mənzərə qonaqların ürəyincədir. Otel daha çox həvəskar alpinistlər, eləcə də cütlüklər arasında populyarlıq qazanıb.

Oteldən görüntüləri təqdim edirik:Həvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otel

Həvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otelHəvəskar qaya alpinistləri üçün yüksəklikdə otel

# 2703
avatar

Oxşar yazılar