Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR
26 mart 2026 17:22 (UTC +04:00)

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

0

Alimlər Günəş sistemindən kənarda yadplanetlilərin mövcud ola biləcəyi yeni planetlər müəyyən ediblər. Astronomlar Günəş sistemindən kənarda 6000-dən çox planet qeydə alıblar. Xüsusi maraq Yerə bənzər, həyat üçün uyğun şərait yarada bilən planetlərin axtarışına yönəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 45 planetdən ibarət siyahı hazırlayıblar və hesab edirlər ki, bu planetlərdə canlı orqanizmlər, hətta inkişaf etmiş yadplanetli sivilizasiyalar mövcud ola bilər.

Alimlər qeyd edirlər ki, həyat düşündüyümüzdən daha müxtəlif ola bilər və seçilmiş bu 45 planetdə həyat üçün uyğun şərait mövcud ola bilər. Bu planetlərin hamısı öz ulduzlarının yaşayış zonasındadır. Astronomlar onların ulduzlarından aldıqları enerji miqdarını, ölçüsünü, kütləsini, yaşını və orbitlərinin formasını, yəni dairəyə nə qədər yaxın olduqlarını araşdırıblar. Bu 45 planetin hamısı təxminən Günəş sistemindəki Venera, Yer və Marsın aldığı enerji səviyyəsinə bənzər enerji alır. Bu üç planet yaşayış zonasındadır, lakin həyat yalnız Yer üzündə yaranıb.

Bu isə göstərir ki, 45 ekzoplanetin həyat üçün uyğun olub-olmadığını müəyyən etmək üçün alimlərin daha çox məlumat toplaması lazımdır.

Yerə ən yaxın potensial yaşayışa uyğun planet Proxima Centauri b-dir və o, cəmi 4 işıq ili uzaqlıqda yerləşir.

Nisbətən yaxın kəşflərdən biri olan TOI-715 b isə 137 işıq ili məsafədədir. Xüsusilə maraq doğuran digər planetlər TRAPPIST-1 system sistemində yerləşən d, e, f və g planetləridir və onlar 40 işıq ili uzaqlıqdadır. NASA bildirir ki, mövcud texnologiyalarla TRAPPIST-1 sisteminə uçuş təxminən 800 min il çəkə bilər, lakin gələcək texnologiyalar bu müddəti bir neçə yüz ilə endirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar