Yenotların kütləvi öldürülməsinə görə  mükafat tətbiq edilə bilər
13 mart 2026 03:45 (UTC +04:00)

Yenotların kütləvi öldürülməsinə görə mükafat tətbiq edilə bilər

0

Almaniya yenotların kütləvi şəkildə öldürülməsinə görə mükafat tətbiq etməyi təklif edib.

Lent.az xəbər verir ki, bu barədə Baden-Vürtemberq əyalət parlamentinin üzvü Sara Şvayzer Almaniyada Bild qəzetinə müsahibəsi zamanı danışıb.

O, il boyu yenot ovuna icazə verməyi və onların öldürülməsinə görə pul mükafatı müəyyən etməyi etməyi təklif edib.

"İl boyu ov məhdudiyyətləri ləğv olunsun. Almaniyada gecə görmə cihazlarından istifadəyə icazə verilsin və öldürülən yenotlara görə mükafatlar tətbiq edilsin", - o deyib.

Deputat öz mövqeyini əsaslandıraraq bildirib ki, son illərdə Almaniyada yenotlar çoxalıb və onlar invaziv növ kimi digər heyvanların və quşların yaşaması üçün təhlükə yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar