Bu yay  hansı filmlərə   baxaq?
08 iyun 2023 19:30 (UTC +04:00)

Bu yay hansı filmlərə baxaq?

İstirahət günlərini film izləməklə keçirməyi sevirsiniz? O zaman bu xəbər sizə maraqlı gələcək. 

Lent.az kinosevərlərə müxtəlif  janrlarda çəkilən 5 maraqlı film barədə məlumat verir.

“Nəsə. Dərinlikdən gələn kabus”

Qorxu janrında çəkilib. Atanın təzə aldıqları evdə tapdığı anlaşılmayan maddə ailənin başına qorxulu işlər açır.

“İdeal olmayan işlər”

Komediya janrında çəkilən bu film yaxın gələcəkdən bəhs edir. Filmin qəhrəmanları öz surətlərini işə göndəri, özləri əylənməklə məşğul olurlar. Amma nəticə gözlədikləri kimi alınmır.

“Realiti” filmi macəra janrındadır. Məxfi informasiyanı yaymaqda ittiham olunan agentin maraqlı macəraları tamaşaçını ekran qarşısına bağlayır.

“Aktrisa” filmi melodrama sevərlər üçün nəzərdə tutulub. Əri özünə gənc sevgili tapan 50 yaşlı aktrisa özü əri üçün sevgili rolunu oynamağa qərar verir. Maraqlı hadisələr də bundan sonra başlayır.

“Xilasetmə əməliyyatı-2” 

Döyüş filmləri janrının ən baxımlı filmlərindən biridir. Killer həbsdə olan gürcü ailəsini xilas etmək üçün təhlükəli işlərə atılr və...


# 6780
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar