Aktyor Gürkan Uygun
01 sentyabr 2021 12:10 (UTC +04:00)

Aktyor Gürkan Uygun

Məşhur aktyor koronavirusa YOLUXDU

0

Türkiyənin məşhur aktyoru Gürkan Uygun koronavirusa yoluxub.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, infeksiyanın simptomlarını özündə hiss edən aktyor koronavirus testi verib. Testin nəticəsi pozitiv çıxıb.

COVID-19-a yoluxan aktyorun vəziyyəti çox ağır olmadığı üçün həkimlər ona evdə müalicə almağı məsləhət görüblər.

Qeyd edək ki, aktyor TRT-nin rekord qıran “Təşkilat” serialında “Yıldırım” obrazını canlandırır. Gürkandan başqa serialın iki rejissorunun da test nəticələri pozitiv çıxıb.  Buna görə də, serialın çəkilişləri müvəqqəti olaraq dayandırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2435

Oxşar yazılar