Çuqun tavalarınızı belə saxlasanız çürüyəcək
27 fevral 2026 19:24 (UTC +04:00)

Çuqun tavalarınızı belə saxlasanız çürüyəcək

0

Çuqun tavanı düzgün saxlamadıqda paslana bilir. Cüzi miqdarda su belə, paslanmasına səbəb olur.

Lent.az xəbər verir ki, çuqun tavaları qorumaq üçün onu heç vaxt qapağı bağlı saxlamaq olmaz.  

Qapaq möhkəm bağlandıqda içəridə rütubət qalır və buxarlanmağa imkan tapmır. Nəticədə pas üçün ideal mühit yaranır. Hətta rütubətli mətbəx şkafında saxlanma belə çuqunun zədələnməsinə gətirib çıxara bilər.

Çuqun qapağı və tavanı necə düzgün saxlamaq lazımdır?

Yuyulduqdan sonra həm tavanı, həm də qapağı tam qurulayın. Soyuyanda səthini nazik qat bitki yağı ilə yağlayın və artıq yağı salfetlə silin. Qapağı tavadan ayrı saxlayın və ya bir qədər açıq qoyun ki, hava dövranı təmin olunsun. Şkafda bir neçə çuqun qabı üst-üstə qoyursunuzsa, aralarına kağız salfet yerləşdirin. Bu, artıq rütubəti çəkəcək.

Çuqunu su mənbələrinin, qabyuyan maşın və ya sobanın yanındakı buxarlı zonaların yaxınlığında saxlamayın. Qabyuyan maşında yumayın və uzun müddət suda saxlamayın. Hər yuma sonrası səthi nazik yağ təbəqəsi ilə qoruyun. Uzun müddət turş xörəklər bişirməkdən çəkinin, çünki turşu qoruyucu qatın zəifləməsinə səbəb olur.

Pas yaranarsa nə etməli?

Əgər pas əmələ gəlibsə, qabı atmağa tələsməyin. Səthi yaxşıca təmizləyin, yenidən yağlayın və təxminən 230°C temperaturda sobada 1 saat qızdırın. Bu proses qoruyucu qatın bərpasına kömək edir.

Düzgün qulluq edilərsə, çuqun tava onilliklərlə xidmət göstərə bilər. O, həm ideal qızartma nəticəsi verir, həm də zaman keçdikcə daha da möhkəmlənən  mətbəx alətinə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar